Nə üçün  “Kor şeytan”   deyirik, o kordur? – Belə yaranıb
02 fevral 2024 15:32 (UTC +04:00)

Nə üçün “Kor şeytan” deyirik, o kordur? – Belə yaranıb

İşimiz düz getməyəndə “Lənət sənə kor şeytan” ifadəsini tez-tez işlədirik. Görəsən, şeytana nə üçün kor deyirik? Bu ifadə necə yaranıb?

Lent.az “Belə yaranıb”rubrikasında "Kor şeytan" ifadəsinin yaranma tarixçəsindən bəhs edir.

Dini rəvayətlərə görə, şeytan insan yaranmazdan öncə Allaha sədaqətlə qulluq və ibadət edirmiş. Allah onu atəşdən, cinləri tüstüdən, insanı isə torpaqdan xəlq edir. İnsan yaradıldıqdan sonra Tanrı şeytana əmr edir ki, yeni yaratdığı ali varlığa səcdə etsin. Bütün yaranmışlar səcdə etsə də, İblis ( şeytanların lideri) oddan yaranmış məxluqun torpaqdan yaranmışa səcdə etməyəcəyini deyir.

Şeytan Allah-Təalanın ona bəxş etdiyi yaxşılıq və nemətlərə, hədiyyə və iltifatlara məhəl qoymadan təkəbbür göstərərdiyinə, “Adəmə səcdə et” əmrinə üsyan etdiyinə görə, kor və nankor hesab edilib.  O lənətlənir, rəhmətdən uzaqlaşdırılır.  Allaha qarşı çıxana qədər etdiyi ibadətlərin xətrinə Allah ona möhlət verir, şeytan isə qiyamət gününə qədər Allahın çox sevdiyi insanları yoldan çıxarıb öz arxasınca aparacağına söz verir.

Bu ifadənin yaranmasını başqa bir əfsanə ilə də əlaqələndirirlər.

İslam aləmində məşhur olan bir rəvayətə görə, İbrahim peyğəmbər oğlu İsmayılı Allah üçün qurban kəsməyə apararkən şeytan İsmayılın gözünə görünür. Yol boyu İsmayılın atası tərəfindən  qurban ediləcəyini bildirən şeytan onu üsyana səsləyir. İsmayıl onu qovmaq üçün yerdən bir daş götürüb şeytana atır və şeytanın sol gözü kor olur. Bundan sonra islam aləmində şeytan kor olaraq bilinməyə başlayıb.

Ancaq “kor şeytan” ifadəsinin işlədilməsini Məhəmməd peyğəmbər uyğun görülməmişdir. Onun fikrincə, qəzəblənmək, ona pis sözlər söyləmək, lənətləmək şeytanın gücünü , qüvvətini artırır. İnanca görə, Şeytanın gücünü alan yeganə silah “Bismillah” kəlməsidir.

Xristina aləmində də Şeytan kor olaraq anılır. Qədim dini kitab olan “Evangeliya” da Pavelin məktublarında şeytan-demon haqqında kor ifadəsi işlədilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7503
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar