Nazirlikdən Ramiz Novruzun dəfni ilə bağlı narazılıqlara RƏSMİ CAVAB
22 fevral 2023 17:15 (UTC +04:00)

Nazirlikdən Ramiz Novruzun dəfni ilə bağlı narazılıqlara RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Xalq artisti Ramiz Novruzun dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələrinin iştirak etməməsi ilə bağlı iddialar dolaşır.  

Nazirlik Lent.az-ın bu barədə sorğusunu cavablandırıb.

Bildirilib ki,  Mədəniyyət Nazirliyinin rəhbərliyi tərəfindən Xalq artistinin dəfn mərasimi ilə bağlı dərhal tapşırıq verilib:

“Tapşırığa əsasən, nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov vida və dəfn mərasimində iştirak edib.

Eyni zamanda Mədəniyyət Nazirliyi mərhum xalq artistinin dəfn yeri ilə bağlı müraciətə dərhal reaksiya verərək yerin ayrılmasını təmin edib.

Bundan başqa, ailəsi ilə mütəmadi əlaqə yaradılaraq, məsələ diqqətdə saxlanılır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3726
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar