Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxıda dəfn olunub.
Lent.az APA-ya istinadla xəbər verir ki, Mövlud Süleymanlı Şamaxının Kərkənc kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Saat: 10:09
Xalq yazıçısı Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq, Şamaxıda anasının yanında dəfn ediləcək.
Lent.az xəbər verir ki, bu barədə APA-ya yazıçının oğlu məlumat verib.
Onun sözlərinə görə, cənazə bu gün saat 12.00-də Xalq yazıçısının yaşadığı evdən götürələcək.