Uzun müddətdir ağır yataq xəstəsi olan meyxana ustası Ağakərimin (Kərim Novruzov) vəziyyəti ağır olaraq qalmaqdadır.
Meyxana ustası Ağamirzənin Lent.az-a verdiyi məlumata görə, Ağakərim ətrafındakı adamları çətinliklə tanıyır, çox zaman qarışıq salır.
"Yanına gedib-gələn azdır. Əslində, ailəsi belə istəyir. Xəstəni narahat eləmək olmaz. Yerindən qalxa bilmir. Tək-tək, bir neçə söz işlədə bilir. Biz Ağakərimin sağalması üçün dua edirik. Allah söz ustadımız Ağakərim daxil olmaqla, bütün xəstələrə şəfa versin",- meyxanaçı bildirib.
Qeyd edək ki, meyxanaçı Ağakərim 2017-ci il martın 30-da beynə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O gündən bu günə qədər meyxana ustası yataqdan qalxa bilməyib. Hazırda evində müalicə alır. Meyxanaçıya oğlu və onun ailəsi qulluq göstərir.