Məşhur mahnının qəribə tarixçəsi - Bəstəkar SİRRİ AÇDI
28 noyabr 2022 16:51 (UTC +04:00)

Məşhur mahnının qəribə tarixçəsi - Bəstəkar SİRRİ AÇDI

 “Hər şey gözəldir həyatda” mahnısını dinləməyən az adam tapılar. Səsləndiyi gündən ürəkləri isidən bu mahnının  maraqlı yaranma tarixçəsi var. Bu mahnı əslində yazılmayıb.

“Mahnının yaranmasının maraqlı tarixi var. Şəki teatrında göstəriləcək bir tamaşa üçün musiqi yazırdım. Maliyyə imkanları az olduğuğundan mahnını yazdım, özüm studiyada oxudum göndərdim. O vaxt Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova gənc idilər, tanınmırdılar, mahnını onlara da oxutmuşdum”,- deyə Cavanşir Quliyev Lent.az-a verdiyi müsahibədə bildirib.

“Ramiz Həsənoğlu bu mahnıları Şəki teatrında qonaq olarkən dinləyibmiş. Həmin ərəfədə AzTV haqqımda proqram hazırlayırdı, veriliş 50 dəqiqə olmalıydı. Mahnılarımı verdilər, amma son 5 dəqiqə boş qalırdı. Verilişin rejissoru, dostum Ramiz Həsənoğlu düşdü üstümə ki, yenə mahnı ver. Mahnı qalmayıb. Dedi Şəki teatrında dinlədiyim mahnıların əlaydı. Şəki teatrına verdiyim, tamaşa üçün yazılmış iki yarımçıq mahnını birləşdirib bir mahnı elədim. Biri vals idi, biri bir kuplet mahnı. Fikir versəniz, mahnı iki ayrı hissədən ibarətdir. Giriş və son dəyişir. Birləşdirdim, piano, gitara saksafon, Brilliant və mən oxuduq. Əslində imkan yox idi deyə, ansambl yığa bilmədim. Dedim tənqid edəcəklər, əksinə bəyənildi. Hələ də anlamıram niyə? Əvvəl elə bilirdim tərifləyəndə lağ edirlər. Yəqin fərqli səs tonallığı insanların xoşuna gəlmişdi”,- deyə bəstəkar qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2855

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21