Hollivud ulduzu Tom Suzemore beyin anevrizması keçirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 61 yaşlı aktyorun vəziyyətinin ağır olduğu bildirilir. Beyin qanaması keçirdiyi an evində, ailəsinin yanında olan aktyor özündən gedib və dərhal xəstəxanaya çatdırılıb. Məlum olub ki, aktyorun beyin damarlarında tromb var.
Keçmişi skandallarla dolu olan bu aktyorun narkotik maddələrdən istifadə etdiyi, içkili halda sükan arxasında oturduğu, arvadını döydüyü, ailədaxili şiddət göstərdiyinə görə, dəfələrlə gündəmə gəlib. 2 uşaq atası olan ulduz evil olmasına baxmayaraq, tez-tez fərqli qadınlarla kameralara yaxalanıb.
2017-ci ildə aktyor iflas etdiyini, əlində yalnız 500 000 dollar qaldığını açıqlamaışdı.