Rusiyanın koronavirusa yoluxan xalq artisti Mixail Boyarski Botkin xəstəxanasına yerləşdirilib.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, məşhur aktyor 7 gün əvvəl COVID-19-a yoluxub.
Boyarski üç gün əvvəl həkimlərin nəzarəti altında Botkin xəstəxanasına aparılıb.
71 yaşlı aktyor özünü yaxşı hiss etdiyini vurğulayıb.