Türkiyəli məşhur aktrisa Meral Çetinkaya alış-veriş edərkən ayaqüstü müxbirlərin suallarını cavablandırıb.
Lent.az-ın xəbərinə görə, “Prestij Meselesi”, “Demir Kadın: Neslican”, “Aziz'” kimi filmlərdə maraqlı rollara həyat vermiş məşhur aktrisa ən son sosial platformada yayımlanan “Ah, Belinda” filmində çəkilib.
78 yaşlı aktrisa jurnalistlərə qocalıqdan gileylənib: “Belimdə ağrılarım var. Hər halda yaşlılıqdandır”.
Meral Çetinkayanın sənətə gəlişi təsadüfi olub. O İrandan Türkiyəyə gəlmiş bir rejissora tərcüməçilik edərkən sənət aləminin sehrinə düşüb, tamaşa və filmlərdə kiçik rollar oynamaqla aktyorluq karyerasına start verib.