Britaniya monarxlarının həyatından bəhs edən “Tac” serialı altıncı mövsümündə 1990-2000-ci illərdə baş vermiş tarixi hadisələrdən bəhs edəcək.
Britaniyanın məşhur kino aktrisası Qalena Bonem Karter bu filmdə şahzadə Marqaret rolunu ifa edir. O, filmin yaradıcılarından çəkilişləri dayandırmağı tələb edib.
Lent.az-ın məlumatına görə, “The Guardian”a müsahibə verən 56 yaşlı aktrisa bildirib ki, film əvvəlcə tarixi dram janrında çəkilsə də, indi real hadisələrdən bəhs edən, intriqalar yaradan, siyasi janrlı sənədli filmə çevrilib.
“İndi bu film siyasi şouya çevrilib. Tarixi əsəri bu günümüzün reallıqlarına qədər sürüyüb gətirməyə ehtiyac yox idi”- o qeyd edib.