Uzun illərdir Türkiyədə yaşayıb yaradan şairimiz Məmməd İsmayıldan xəbər var. Şair yaxın günlərdə ağır əməliyyat keçirib.
Məmməd İsmayıl Lent.az-a verdiyi açıqlamada bildirib ki, əməliyyatın ağır fəsadları olub. Özünü hələ də yaxşı hiss eləmir.
“Ciyərimdə problem yaranmışdı. Özümü heç yaxşı hiss etmirəm. Allahın kəraməti ilə uzun bir ömür yaşamışam. Uzun ömürdə isə sağlıq problemləri və xəstəliklərin də olması normaldır. Ən uzun çay da hardasa başalyıb, hardasa bitir”,- deyə şair bildirib.
Türk dünyasının böyük şairi Məmməd İsmayılın 84 yaşı var. O, uzun illərdir ki, Türkiyədə yaşayır, Çanaqqala Universitetində dərs deyir.