Səfir Merve Sefa xanım Kavakçı Malayziya Kral Sarayı “İstana Negara"da reallaşan xüsusi qəbulda prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə xanım Ərdoğanın salamlarını və sevgisini Kraliçaya çatdırıb, göndərdiyi hədiyyələri təqdim edib. Kraliça da Türkiyə prezidenti və həyat yoldaşına hədiyyələr üçün təşəkkürünü bildirib və yaxın gələcəkdə Türkiyəyə gəlməyi planlaşdırdığını deyib.
Lent.az TRT-yə istinadən bildirir ki, Kraliça Tunku Əzizə səfirlik heyətinin şərəfinə verilən günorta ziyafətində Türkiyə televiziya seriallarını izlədiyini, aktyorlarını tanıdığını, Osmanlı və Türkiyə tarixi ilə çox maraqlandığını söyləyib. O, TRT-nin "Paytaxt Əbdülhəmid", "Oyanış: Böyük Səlcuqlu" və "Quruluş Osman" seriallarından bəhs edib.