“Evdə Tək” serialının ilk iki filmində çəkilən və 90-cı illərin parlayan ulduzu kimi seçilən Makaley Kalkin sənədli filmlə ekrana qayıdır.
Lent.az xəbər verir ki, Kalkin orta yaş böhranı adlı sənədli filmə çəkilir. Amerikalı aktyor 90-cı illərin ən uğurlu uşaq ulduzlarından birinə çevrilsə də, normal həyatda işdəki kimi uğur qazanmayıb.
2000-ci illərdə aktyorluğa qayıdan Kalkin ardıcıl olmasa da, müxtəlif prodüserlərlə işləyib
Filmin yaradılması Kalkinin 2020-ci ildə 40 yaşının tamam olması haqqında yazdığı tvitə əsaslanır.