Kremldə böhranı kim yaratmışdı? - Beynəlxalq festival bir libasla yadda qaldı
09 aprel 2023 16:25 (UTC +04:00)

Kremldə böhranı kim yaratmışdı? - Beynəlxalq festival bir libasla yadda qaldı

Lent.az moda dünyasının ən yaddaqalan hadisəsi barədə maraqlı məlumatı təqdim edir.

1961-ci ildə Moskvada keçirilmiş beynəlxalq kinofestivala çoxlu sayda kino ulduzlar dəvət olunmuşdu. Onlar arasında gözəllikləri ilə hamını valeh edən  amerikalı aktrisa Elizabet Teylor və italiyalı Cina Lollobridci də var idi. Festival bu iki xanımın başına gəlmiş kuryoz hadisəylə yadda qaldı. Bu iki ulduz kinofestivala Yuri Qaqarinlə şəxsən tanış olmaq  üçün qatılmışdılar. Onlar  tədbir başlayarkən bir - birləri ilə qarşılaşınca öncə heyrətləndilər, sonra əlacsız şəkildə gülümsündülər. Dünya şöhrətli iki aktrisa “Dior” Moda Evindən eyni libası geyinmişdi.
 Bu dünya şöhrətli iki aktrisa üçün qəbuledilməz fakt, kazus idi.

 Aktrisaların libasları bir - birinin eyni idi, yalnız kəmərlərini  fərqli rəngdə seçmişdilər.
 Libas məşhur modelyer İv Sen Loranın əl işi idi.

Maraqlıdır ki, İv Sen Loran bir libasdan iki ədəd tikmək, lakin onları eyni ölkə vətəndaşlarına satmamaq hüququna malik idi.  Bu dəfə libaslar iki qitəyə satılmışdı, kimin ağlına gələrdi ki, onlar  eyni məclisdə qarşılaşacaqlar.

Bu hadisədən sonra aktrisalar “Dior” moda evini məhkəməyə verdilər və modelyer ordan ayrılıb öz moda evini açdı. Bu hadisə onun üçün əla  reklam rolunu oynadı və şöhrət qapıları  İv Sen Loranın üzünə açıldı.

Elizabet və Cina isə “Dior” moda evindən külli miqdarda təzminat aldılar. Baxmayaraq ki, Kremlə olarkən onlar kameralar qarşısında  dəfələrlə qoşa poza verdilər, özlərini məmnun kimi göstərdilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar