Kayahanın yadplanentlilərlə görüşən qızı çılpaq gəzən müğənnilərdən danışdı
19 aprel 2023 14:34 (UTC +04:00)

Kayahanın yadplanentlilərlə görüşən qızı çılpaq gəzən müğənnilərdən danışdı

Türkiyənin məşhur müğənnisi Kayahanın qızı Bəstə Açar müğənnilik karyerasına start verib.

Lent.az-ın xəbərinə görə, bundan bir qədər öncə yadplanetlilərlə görüşdüyünü deyən Bəstə Açaq maraqlı açıqlamaları ilə medianın diqqətini çəkmişdi.

“Onlarla görüşəndə 13 yaşımdaydım. Çox uca boylu idilər, boz rəngli dəriləri vardı. Gecə otağımda yatırdım, pəncərəmin qarşısında bir işıq göründü. Məni apardılar. Üzərimdə bir neçə təcrübə keçdilər. Maraqlıydı ki, heç bir qorxu hiss etmirdim, sevgiylə yanaşıldığını anlayırdım. Sonda hətta oğurlandığım üçün təşəkkür etdim. Məni evə qaytardılar. Onlarla ünsiyyət mənə çox şey qazandırdı. İnadım ki, sevgiylə yanaşılsa, hər insanın  qəlbinə yol tapmaq olar”,- deyən Bəstə Açar bildirib ki, bu təmasdan sonra onda maraqlı  güclər yaranıb. İstədiyi insanı beyin gücüylə çağıra bilir. O qeyd edib ki, yadplanetlilərlə görüşdən sonra çox insanlarda fərqli güclər yaranır, bəziləri hətta gözlərinin rəngini də dəyişə bilirlər.

Bəstə Açar uzun müddət enerji uzmanı və ezoterik kimi fəaliyyə göstərib.

Yaxın günlərdə özündə musiqi  istedadını  inkişaf etdirən Bəstə xanım klip çəkdirərək, şou dünyasına qalmaqalla ayaq basıb. O bildirib ki, müasir müsiqiçilərdən əyninə paltar geyib, səhnəyə çıxan bir tək özüdür. Onun bu sözü Aleyna Tilki, Gülşen kimi popçuların qəzəbinə səbəb olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar