İran liderinə yazıçı Rüşdiyə hücumu dəstəkləmək  İTTİHAMI
21 avqust 2022 14:12 (UTC +04:00)

İran liderinə yazıçı Rüşdiyə hücumu dəstəkləmək İTTİHAMI

İranın ruhani lideri Əli Xamneyi britaniyalı yazıçı Salman Rüşdiyə hücumu dəstəkləyib. 

Lent.az bildirir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nəşrin məlumatına görə, Xamneyinin mövqeyini yayan İranın “Kayhan” qəzeti Rüşdiyə hücum edəni tərifləyərək “əllərini öpmək lazımdır” deyib. Material “Şeytan boynu qılınc altında” başlığı ilə dərc edilib.

Britaniya qəzeti yazır ki, İran liderinin anti-Qərb fikirləri şübhəli dini inanclara əsaslanır. İranlı ekspert Kərim Səccadpur ABŞ-ı Tehranın hərəkətlərinə şübhə ilə yanaşmağa çağırıb. O, nüvə sazişi uğurla bərpa olunsa belə, ABŞ və İran arasında heç bir etimadın ola bilməyəcəyi qənaətinə gəlib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanani Çafi Nyu-Yorkda çıxışı zamanı yazıçı Rüşdiyə hücumun günahkarı yalnız özünün və onu dəstəkləyənlərin olduğunu bildirib. Diplomat Tehrana qarşı sui-qəsd ittihamına belə reaksiya verib. Onun sözlərinə görə, “Heç kimin İranı ittiham etməyə haqqı yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2703
avatar

Oxşar yazılar