Xalq artisti Firəngiz Mütəllimova illər sonra ata yurdu Şuşaya gedib. Lent.az-ın məlumatına görə, aktrisa Şuşada çəkilmiş şəkillərini sosial şəbəkədə paylaşıb:
"Şuşam, sənə qovuşmaq Ramazan bayramı günü mənə qismət oldu. Torpağına qurban olum, canım Şuşam".