Məşhur aktrisa Merilin Monronun həyatından bəhs edən “Sarışın” filmi 8 nominasiya üzrə “Qızıl moruq” antimükafatına namizəddir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Sarışın” filminin adı “Ən pis film”, “Ən pis köməkçi aktyor”, “Ekranda ən pis cütlük”, “Ən pis baş rol”, “Ən pis rejissor işi”, “Ən pis operator işi”, “Ən pis ssenari” nominasiyalarında irəli sürülüb.
“Pinokkio” filminin remeyki də ən pis filmlər sıralamasında ilk üçlüyə daxil olub. Cared Letonun baş rolda oynadığı “Morbius” filmi üçüncü yeri tutub.
Ən pis filmlərin siyahısında “Yur dövrü: Tanrıçılıq” dördüncü, “ Samarityalılar” beşinci, “ Xeyirli matəm” altıncı, “Elvis” isə yeddinci pilləni bölüşüblər.
Qeyd edək ki, ən pis filmlərin siyahısını tərtib edən “Qızıl moruq” antimükafatı 1980-ci ildə təsis edilib. Nominantları 700 münsifdən ibarət eyni adlı fond müəyyənləşdirir.
“Qızıl moruq” mükafatı moruq formasında plastik fiqurdan ibarətdir və qiyməti 5 dollardır. Bu mükafatın qaliblərinin adı bir qayda olaraq “Oskar” mükafatından bir gün öncə açıqlanır. “Qızıl moruq” sahiblərinin adı martın 11-də açıqlanacaq.