Hollivud ulduzu gözəllik sirrini açıqladı
09 mart 2023 10:55 (UTC +04:00)

Hollivud ulduzu gözəllik sirrini açıqladı

0

Amerikalı aktrisa, Hollivud ulduzu Keyt Hadson sarı saçları, gülər üzü və daim fit görünüşü ilə hər zaman diqqət mərkəzindədir. Bəs gözəl aktrisa formasını necə qoruyur?

Lent.az-ın xəbərinə görə, aktrisa bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

2013-cü ildə qurduğu “Fabletics” adlı idman geyim markası ilə ticarət və moda dünyasına addım atan Keyt sağlam həyat tərzi sürür. O bildirib ki, heç bir zaman pəhriz saxlamayıb, sadəcə gündəlik rasionunu kalori hesablaması əsasında qurub.

“Naharda həddi aşıramsa, axşam yeməyini daha yüngül təşkil edirəm”,- deyə o bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2099

Oxşar yazılar