"Həkimləri çağırdım, gec gəldilər" - Gülü  DANIŞDI
05 aprel 2021 16:05 (UTC +04:00)

"Həkimləri çağırdım, gec gəldilər" - Gülü DANIŞDI

Bu gün dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynov (Rəmiş) barədə həyat yoldaşı Gülü danışıb.

Lent.az-a açıqlama verən gitara ifaçısının xanımı bildirib ki, Rəmiş sabah dəfn ediləcək:

"Allah prezidentimiz İlham Əliyevə və xanımı Mehriban Əliyevaya can sağlığı versin. Onların diqqəti sayəsində iki ay yaşadı. Orada müalicə olunurdu. Amma indi gözünü yumdu. Məni tək qoydu getdi. Başımın tacı, gözümün işığı getdi. Üç gün bundan qabaq xəstəxanada dedi ki, məni evə apar. Evini istəyirdi. İynələr onu pis günə qoymuşdu. Yanında özüm idim. Həkimləri çağırdım, gec gəldilər".

Gülü daha sonra bildirib ki, Rəmişin dəfn ediləcəyi yer bir neçə saat sonra məlum olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3390
avatar

Yalçın UĞUR

Oxşar yazılar