"Harri Potter"in məşhur aktyoru Robbi Koltreyn 72 yaşında vəfat edib.
Lent.az BBC-yə istinadən xəbər verir ki, aktyorun agenti ölüm faktını təsdiqləyib. O, Şotlandiyadakı xəstəxanaların birində vəfat edib.
Robbi Koltreyn daha çox "Harri Potter"dəki rolu ilə məşhurluq qazansa da, həmçinin "Kraker", "Goldeneye”, "The world is not Enough" kimi filmlərdə də rol alıb.