"Göy üzündə göz açan adam" çap olunub
24 iyun 2021 12:32 (UTC +04:00)

"Göy üzündə göz açan adam" çap olunub

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Emil Rasimoğlunun 30 illiyi ilə əlaqədar müasirlərinin qələmə aldığı "Göy üzündə göz açan adam" toplusu çapdan çıxıb.

Lent.az-ın məlumatına görə, kitabda Prezident sənət adamlarının, həmkarlarının fikirləri yer alıb, müəlliflər sürreal-dadaist şair Emil Rasimoğlu haqqındakı düşüncələri ilə onun ictimai və poetik portretini cızıblar.

Qeyd edək ki, 30 yaşlı şairin şeirləri mütəmadi olaraq ölkə hüdudlarından kənarda - Rusiya, İran, Özbəkistan mətbuatında dərc olunur.

Emil Rasimoğlu 2019-cu ildə Prezident təqaüdünə və Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görülüb.

# 1572
avatar

Oxşar yazılar