Gəncə Filarmoniyasında Arif Məlikova həsr olunmuş konsert keçiriləcək
08 avqust 2024 12:38 (UTC +04:00)

Gəncə Filarmoniyasında Arif Məlikova həsr olunmuş konsert keçiriləcək

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 13 sentyabr saat 19:00-da Xalq artisti, dünyaşöhrətli bəstəkar Arif Məlikovun xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Filarmoniyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və Estrada Ansamblının müşayiəti ilə baş tutacaq konsert proqramında filarmoniyanın solistləri bəstəkarın “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, "Günəş ürəkli” və digər unudulmaz mahnılarını ifa edəcəklər.

Həmçinin gecədə tanınmış pianoçu Ülviyyə Kazımova Arif Məlikovun əsərlərindən "Ötən anlar" silsiləsi və 3 valsla çıxış edəcək.

Biletləri Gəncə Dövlət Filarmoniyasının kassasından və iticket.az saytından əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar