Bakıda “Gəncədən Bakıya” layihəsi çərçivəsində "Mahnı və romans" axşamı keçiriləcək.
Bu barədə Lent.az-a Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bildirilib.
Qeyd edilib ki, konsert Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konsertdə Gəncə
Dövlət Filarmoniyasının solistlərinin ifasında Azərbaycan bəstəkarlarının mahnı və romansları səsləndiriləcək.