Yazıçı Adelina Şeldon
25 fevral 2021 11:06 (UTC +04:00)

Yazıçı Adelina Şeldon

Gənc yazıçı aclıqdan öldü

Moskvada 20 yaşlı yazıçı Adelina Şeldonun meyiti tapılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, müstəntiqlər gənc yazıçının bədənində heç bir zorakılıq əlaməti aşkar etməyiblər. 

Onun meyitini paytaxtın cənubunda kirayə qaldığı mənzilin sahibi tapıb. Onun sözlərinə görə, Adelina zənglərə cavab verməyib, qapını isə heç kim açmayıb. Qapını açarla açmaq cəhdi də baş tutmayıb. Çağırdığı çilingər qapını sındırıb və çürüməyə başlamış meyit aşkarlanıb. 

Məlumata görə, yazıçı gündəlik tutub və orada təhlükəli bir pəhrizə başladığını yazıb.

İlkin versiyaya görə, qızın ölümünə məhz aclıq səbəb olub. Adelinanın tək yaşadığı evdə demək olar heç bir yemək olmayıb, Yəqin ki, vəziyyəti ağırlaşanda heç kim köməyə gəlməyib.

Adelina 12 yaşından yazmağa başlayıb. Tarixi ədəbiyyatın pərəstişkarıydı və 17-18-ci əsrlərdə Fransız kral ailəsinə həsr olunmuş bir kitabın müəllifi idi

Eyni zamanda, qız atçılıq idmanını sevirdi, rəqs edirdi, Edinburq Universitetində “Biznes və İqtisadiyyat” ixtisası üzrə oxuyurdu.

# 2262
avatar

Oxşar yazılar