“Xalq rtisti Flora Kərimova zob xəstəliyini müalicə etdirmək üçün boğazındakı düyünlərin üzərinə canlı qurbağa qoyurdu”.
Bu məlumatı doktor Seyfəddin Əsəd verib və sübut olaraq öz sosial şəbəkə hesabında Flora xanımla şəkillərini paylaşıb.
Xalq artisti Flora Kərimova isə Lent.az-a bildirib ki, illər öncə o həqiqətən zob xəstəliyini müalicə etdirmək üçün xalq təbabətinə müraciət edib və bu üsula əl altıb. Lakin boğazındakı düyünlər çox böyüdüyünə, səs tellərinə təsir etdiyinə görə, o əməliyyat etdirərək, xəstəlikdən azad olub.
Qeyd edək ki, zob xəstəliyi qalxanabənzər vəzin patologiyasıdır, onun əsas əlamətləri hormon istehsal edən orqanda düyünlərin əmələ gəlməsi ilə başlayır. Qalxanabənzər vəzin xəstəlikləri özünü - vəz funksiyasının artması (hipertireoz), azalması(hipotireoz) və ya dəyişməməsi (eutireoz) şəklində göstərir.
Xalq təbabətində zob xəstəliyini müalicə etmək üçün düyünlərin üzərinə canlı qurbağa qoyurlar.