Bu gün Azərbaycandakı bir qrup xarici diplomatik korpus nümayəndələri rəsmilərlə bir yerdə işğaldan azad edilmiş Cəbrayıl rayonunda səfərdə oldular.
Lent.az-ın məlumatına görə, azərbaycanlılar hər yerə olduğu kimi işğaldan azad olunmuş torpaqlara da mədəniyyətlə, incəsənətlə, elm və musiqi ilə qayıdırlar.
Cəbrayılda tanınmış rəssam Reza Deqqətinin sərgisi də nümayiş olunub. O bildirib ki, son 30 ildə Dağlıq Qarabağ münaqişəsinə, erməni işğalına dair şəkillər çəkir: “Qarabağda müharibə yenidən başlayan kimi mən təkrar Azərbaycana gəldim. İndiyədək dünyanın müxtəlif münaqişə bölgələrində olmuşam. Amma buradakı kimi dəhşəti az görmüşəm. İşğal edilmiş ərazilərdə ermənilər tərəfindən insanlığa qarşı cinayət törədilib. Qəbirlər ekskavatorla qazılıb, sümüklər çıxarılıb. Ermənilər o qədər qəddardırlar ki, cəsədlərin çıxarılmasından ləzzət alıb, qızıl dişlər axtarıblar”.
Cəbrayıl Mədəniyyət Evinin dağıntıları qarşısında isə illər sonra yenidən musiqi səsi eşidilib. Bu torpaqlara təkcə yurd yerinin sahibləri deyil, təkcə həyat deyil, həm də mədəniyyət, incəsənət, ruh qayıdıb...