Əməkdar artist Elza Seyidcahanın "Mahnılar və şeirlər" adlı solo konserti baş tutub. Lakin konsertdə müğənnini müşaiyət edən ansambl üzvləri narazı qalıblar.
Lent.az-ın xəbərinə görə, kamança ifaçısı Elnur Salahov sosial media hesabında Elza Seyidcahanın musiqiçilərə ödəniş etmədiyini yazıb.
"Bu tanıdığınız müğənni martın 28-də solo konsert verib. 2 ay məşqinə getmişəm ,digər musiqiçilər kimi. Günü bu günə qədər haqqımızı vermir. Mənə bir saat əvvəl zəng edib deyir ki, pulum yoxdur, verməyəcəyəm. Üstəlik, məni təhqir edib telefonu üzümə söndürür" - Elnur yazıb.
Elza Seyidcahan isə Lent.az-a bildirib ki, martın 30-da baş tutmuş konsert xeyriyyə üçün olub. Tədbir Qırğızıstan mətbuatında da işıqlandırılıb. Konsertdən maddi gəlir əldə etməyib. O, digər sualları cavablandırmayıb.