“Ümid işığı” filmindən görüntü
26 fevral 2021 14:08 (UTC +04:00)

“Ümid işığı” filmindən görüntü

Əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

Azərbaycan Televiziyası Xocalı soyqırımına həsr olunmuş bədii-sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, televiziyanın Kinoproqramlar və dublyaj baş redaksiyasının istehsalı olan film “Ümid işığı” adlanır.

“Ümid işığı” Xocalı soyqırımı zamanı Teymur adlı körpənin yaşadıqlarından bəhs edir. Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum edəndə Teymurun 6 yaşı olur. Şaxtalı bir qış gecəsində anasının şirin laylası altında mışıl-mışıl yatan Teymur qəflətən ah-nalə səsinə oyanır, gözlərini açanda günahsız insanların necə qətlə yetirildiyini, ona qucaq açan yaxınlarının ayaqyalın, başıaçıq qarın üzərinə necə “səpələndiyini” görür. Sağ qalan insanların helikopterlə təxliyəsi zamanı anası Teymuru Xocalıda unudur. Əlindəki fənər onun ümid işığına çevrilir. Məhz fənər sayəsində 6 yaşlı uşağı xilas etmək mümkün olur.

Qeyd edək ki, Zaqatalanın Muğanlı, Kəpənəkçi kəndlərində lentə alınan filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissoru Natiq Novruzov, quruluşçu operatoru Cavid Əliyev, operatoru Kamran Soduyev, prodüseri Fatimə Əzimovadır.

Film fevralın 26-sı saat 21:30-da AzTV-də yayımlanacaq.

“Ümid işığı”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2559
avatar

Yalçın UĞUR

Oxşar yazılar