Dünyada ən çox kitabı satılan müəlliflərdən bir, yazıçı və illüstrator Erik Karl ABŞ-ın Massaçusets ştatının Northampton şəhərində vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə onun oğlu Rolf Karl bildirib.
91 yaşlı məşhur yazıçı iş otağında dünyasını dəyişib. Ölüm səbəbi kimi böyrək çatışmazlığı göstərilib.
Qeyd edək ki, Erik Karl 1929-cu ildə Nyu-York ştatının Sirakuza şəhərində anadan olub. Almaniyadan ABŞ-a mühacirət edən Erik II Dünya Müharibəsi başlamazdan bir müddət əvvəl vətəninə dönməyə qərar verib. 1952-ci ildə yenidən ABŞ-a qayıdıb. Karyerası ərzində 70-dən çox əsəri çap edilib.
İlk dəfə 1969-cu ildə nəşr olunan “Çox ac tırtıllar” kitabı ilə məşhurlaşıb. Əsər bir tırtılın kəpənəyə çevrilməsindən bəhs edir. Kitab 55 milyondan çox tirajla çap olunub. Əsər 50-dən çox dilə tərcümə edilib.