Dünya ulduzları necə arıqlayıb?- Sirr açıldı
23 fevral 2023 09:41 (UTC +04:00)

Dünya ulduzları necə arıqlayıb?- Sirr açıldı

0

Balanslı şəkildə kilo verərək, ideal çəkidə qalan çox insan var. 20-30 və daha çox kilo çəki atıb, sanki başqa bir insana çevrilən çoxlu sayda məşhurlar var. Onların sirri nədədir? 

Lent.az məşhurların kilo atmaq fəndləri barədə məlumatı təqdim edir.

Məşhur britaniyalı müğənni Adele izləyicilərin qarşısına ilk dəfə kilolu çıxmışdı. Sonralar arıqlamasıyla diqqət çəkən müğənni idmanla arıqladığını bildirib. O idmanı günün müxtəlif saatlarına yayaraq, səhərlər ağırlıq qaldırdığını, gündüzlər qaçdığını, axşamlar isə kardio məşqləri etdiyini deyib. Təbii ki, sağlam qidalanama olmadan bu zəhmətin effekti olmazdı.

Hollivud ulduzu Rebel Vilson yaşam tərzini dəyişdriməklə 80 kilo çəki atıb. O heç bir dietoloqdan yardım almadığını, sadəcə yediklərini uzunmüddət çeynədiyini, səhərlər güclü, axşamlar az yediyini bildirib. Meditasiya və qaçış da bu müddətdə aktrisanın əsas məşğuliyyəti olub.

Məşhur amerikalı aktyor Jon Hill sadəcə suşi yeyərək 40 kilo çəki itirmiş, sonra bu kiloları sürətlə geri almışdı. Hazırda ideal kilosuna meyvə- tərəvəz, yağsız ət, kəpəkli un məmulatlarıyla qidalanaraq nail olub. 

“Guardians Of The Galaxy” ( Qalaktikanın qoruyucuları) filmi ilə şöhrət tapmış Kris Pratt bol su içərək və idman edərək arıqlayıb. O, boks, üzgüçülük, qaçışla məşğul olaraq 60 kilo çəki atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2218

Oxşar yazılar