Dünya ədəbiyyatının 5 ən gözəl uşaq nağılı
08 avqust 2024 15:13 (UTC +04:00)

Dünya ədəbiyyatının 5 ən gözəl uşaq nağılı

Dünya uşaq ədəbiyyatında ən sevilən uşaq nağıllarını sadalasaq, “Zoluşka”, “Qarbəyaz”, “Barmaq oğlan”, “Bremen musiqiçiləri”, “Rapunzel” nağılları ön sırada gələr.

Lent.az həmin nağıllar barədə məlumat verir.

“Zoluşka”

“Zoluşka” (ingiliscə Zoluşka, fransızca Cendrillon, almanca Aschenputtel adı ilə tanınır. İ. S. Turgenev  nağılın adını adı “Çirkli üz” kimi tərcümə etmişdi)  Qərbi Avropa nağılıdır. O dünyanın müxtəlif xalqlarının folklorunda mindən çox təcəssümü olan ən məşhur “gəzən hekayələrdən” biridir.
Nağılın məlum olan ən qədim versiyası Misir papiruslarında tapılıb. 
Çarlz Perronun "Zoluşka və ya Şüşə Başmaq" nağılı anasız qalan kasıb bir qızdan bəhs edir. O, pis ögey anası və qızları ilə yaşamalıdır. Xeyirxah pəri Zoluşkanın köməyinə gələcək və ona əsl xoşbəxtliyi tapmağa kömək edəcək.

“Qarbəyaz”

“Qarbəyaz” Qrimm qardaşlarının nağılıdır. Qarbəyaz sehrli güzgü sahibi olan pis ögey ananın qəzəbindən xqaçaraq, meşə gnomlarına sığınır. Nağılda psixologiya, sosiologiya, tarix, xristian teologiyası, mifologiya və kosmologiyanın aspektlərinə toxunan müxtəlif informasiya blokları və assosiasiyaları var. Qarbəyaz obrazı ən çox tanınan obrazlardan biridir və rəsm, musiqi, heykəltəraşlıq, kino, ədəbiyyat və pop mədəniyyətində əks olunur.

“Barmaq oğlan”

Süjetin bir neçə xalq variantı məlumdur. Qrimm qardaşlarının kolleksiyasında bu nağılın  37 növ süjeti var.

1621-ci ildə Riçard Consonun müəllifi olduğu güman edilən 40 səhifəlik “The History of Tom Thumbe” adlı kitabça Londonda nəşr olunub və çap olunan ilk ingilis nağılıdır.
Aleksey Tolstoyun eyniadlı nağılı  da mövcuddur. Ukrayana və rus folklorunda bu nağıla rast gəlinir.

Övladı olmayan cütlük bir qarış boyu olsa belə oğlan istəyir. Qrimm qardaşları nağılında bir qadın yeddi aydan sonra balaca oğlu dünyaya gətirir, o, kələm doğrayarkən təsadüfən barmağını kəsir və barmaq ağıllı uşağa çevrilir.


 “Bremen musiqiçiləri”

“Bremen şəhər musiqiçiləri” Qrimm qardaşlarının sərgərdan musiqiçilər haqqında nağılıdır. Qrimm qardaşları alman nağılçısı Dorotha Viemannın hekayəsinə əsaslanan bu nağılı ilk dəfə 1819-cu ildə “Uşaq və Ailə Nağılları” toplusunun ikinci nəşrində dərc ediblər.
Nağılın əsas personajları - sahiblərindən incimiş eşşək, it, pişik və xoruz şəhər musiqiçisi olmaq üçün Bremen şəhərinə gedirlər. Lakin onlar bir gündə Bremenə çata bilmirlər və meşədə gecələmək qərarına gəlirlər. Eşşək və it böyük bir ağacın altında yatırdılar, pişik budaqlarda oturur və xoruz ağacın başına qonur.
Ağacın başından arxaya baxan xoruz quldur daxmasını aşkar edir. Bremen musiqiçiləri daxmaya yaxınlaşır, bir-birinin üstünə çıxır və “musiqi”ni ifa edərək quldurları qorxudub qaçırdırlar.
Həmin gecə quldurların başçısı dəstə üzvlərindən birini onların daxmasını kimin ələ keçirdiyini görmək üçün göndərir. Ancaq kəşfiyyatçı qorxu içində quldurların başçısının yanına qaçır və ona evi dəhşətli məxluqların ələ keçirdiyini deyir. Bu nağılın süjeti əsasında cizgi filmi və bədii film çəkilib. 


"Rapunzel"

"Rapunzel" Qrimm qardaşlarının "Uşaq və ailə nağılları" (1812) toplusuna daxil edilmiş nağıldır. Qüllədə həbs edilmiş uzun saçlı qız haqqında nağılların müxtəlif versiyaları mövcuddur.
 Nağılın süjet  xətti belədir. Sehirli saçlarla doğulmuş şahzadə qızı ifritə  oğurlayır. Onu bir qalada həbs edib, öz qızı kimi böyüdür. İfritənin Rapunzelə yaxşı davranmasının tək bir səbəbi var. Rapunzelin uzun saçları onu  gənc və gözəl edir. Qızın saçlarına qayçı toxunsa o öz sehrli gücünü itirəcək. Buna görə, Rapunzelin hörükləri o qədər uzanır ki, qız bu  hörüklərdən kəndir kimi istifadə edir. İfritə onun saçlarından kəndir kimi istifadə edib qalaya dırmaşır. Bir gün Rapunzel qalanın yanından keçən bir gəncə aşiq olur və onun arxasınca qaçır. Bütün macəra da bundan sonra başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar