Daha çox bakılı kişi ədası ilə tanınan, iki ayağı da kəsilən kövrək XALQ ARTİSTİ
04 aprel 2023 19:01 (UTC +04:00)

Daha çox bakılı kişi ədası ilə tanınan, iki ayağı da kəsilən kövrək XALQ ARTİSTİ

Bu gün Xalq artisti Muxtar Maniyevin doğum günüdür. Kinoda yaratdığı rəngarəng obrazları ilə yaddaşlarda qalan bu gözəl insan artıq 8 ildir aramızda yoxdur. 

Muxtar Maniyev 1935-ci ildə aprelin 4-də Bakının Qala kəndində anadan olub.

Lent.az-ın təqdim etdiyi bu yazıda Xalq artistini daha yaxından tanıyacaqsınız.

Öncə aktyor olmağı ağlından keçirməyən Muxtar neft mühəndisliyi üzrə təhsil alır, lakin sonra ikinci təhsil kimi aktyorluğu seçir. Spesifik görüntüsü ona kinoda gözəl rollar yaratmağa imkan verir.

Kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. İnstitutun birinci kursunda oxuyanda "Koroğlu" filmində dəmirçi oğlu Polad roluna çəkilib. Sonrakı illərdə "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində  maraqlı obrazlar yaradır, ümumilikdə 157 filmə çəkilir. "Mozalan" satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var. Hər zaman bakılı kişi ədası öncəlik təşkil edib. Söz düşəndə mən dilsiz ağızsız adama  deyirdi. “Ölsəm, bağışla” filmindəki Seyidrza obrazına baxınca buna heç inana bilmirsən. O obrazlarının rəngini, xarakterini almağı, daşımağı gözəl bacaran xarakterik aktyor idi.

Deyilənə görə, çox kinsiz və kövrək adam olub. 81 il yaşayan aktyor fiziki cəhətdən çox güclü olub. Cavanlığında üzgüçülüklə, boksla, güləşlə məşğul olub. Lakin ömrünün son illərində bu güclü adamın iki ayağı da kəsilib.

Uzun illər ürək-qan və şəkər xəstəliklərindən əziyyət çəkən sənətkar bu xəstəliklərə görə ayaqlarını itirib. 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı  kəsilir.  Elə həmin il dekabrın 22-də həyatını itirir. Vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb. 

Deyilənə görə, Allaha qarşı çox şükran bir insan imiş. Ayaqları kəsiləndən sonra aktyor kimi fəaliyyət göstərə bilməyəcəyini bilsə də, hər zaman şükür edib, bunun sınaq olduğunu deyirmiş. Onun ölümündən az sonra elə öz ad günündə nəvəsi dünyaya gəlib. Ailəsi onun ruhunun balaca Muxtarda yaşadığını düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3699
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar