Sosial şəbəkələrdə maraqlı müzakirə başlayıb. “Dərviş” band qrupu Niyaməddin Musayevin “Dünya sənin dünya mənim” mahnısını rok stildə ifa edib şöhrət tapandan sonra köhnə mahnıları rok stiliylə canlandırmaq dəbi yayılıb.
Lent.az-ın xəbərinə görə, növbəti dəfə müğənni İsrafil Məmmədovun 80-ci illərdə dəbdə olan “Şəlaləm mənim” mahnısı hədəf seçilib.
Mahnı canlı yayımda rok müğənnisi və İsrafil Məmmədovun dueti şəklində təqdim olunub.
Lakin tamaşaçılar bunu uğurlu duet kimi qəbul etməyiblər. Çünki səs və ifalar harmoniya təşkil etməyib. “Şəlaləm mənim” mahnısı uzun müddət bayağı mahnı hesab edilərək, efirlərə buraxılmayıb. İzləyicilər isə “hə başlandı, indi deyin görək, Niyaməddinin komandası udar , yoxsa İsrafilin” deyə məzəli şərhlər bildiriblər.