Çəngəlin   döyüşlə nə əlaqəsi var? - Belə yaranıb
22 yanvar 2024 19:24 (UTC +04:00)

Çəngəlin döyüşlə nə əlaqəsi var? - Belə yaranıb

Müasir insanların süfrəsində yer alan cəngəlin əvvəllər zənginlik və göstəriş simvolu olduğunu bilirdiniz?

Lent.az “Belə yaranıb” rubrikasında cəngəlin süfryə gəliş yolundan bəhs edir.
O əslində süfrə üçün yox, döyüş üçün nəzərdə tutulmuşdu.

Çəngəl ilk icad ediləndə 2 uclu olub. Sonralar 2 və ya 3 uclu bu döyüş alətlərindən torpağı təmizləmək üçün yaba kimi istifadə etməyə başlayıblar. Qədim yunanlılar və romalılar ilk taxta cəngəllərdən ocaqda ət bişirmək üçün istifadə etməyə başlamışdılar.

1500-cü illərdə Avropada zadəgan kişilər varlı olduqlarını göstərmək üçün ağ krujeva yaxalıqlardan istifadə etməyə başlayıblar. Zənginlər arasında yarış böyüdükcə krujeva yaxalıqlar da böyüyürdü. Çox zaman bu krujeva yaxalıqlar o qədər böyük olurdu ki, zadəgan əyilib ayaqqabısının ucunu belə görə bilmirdi. Təbii ki, belə geyim rahat deyildi və bu geyimdə olan adam heç bir iş görə bilmirdi. İş görə bilmirdisə, deməli, buna ehtiyacı yoxdur, o zəngindir.

Lakin bu zəngin geyimin narahat edən tərəfləri də var idi. Onlar böyük boyunluqlar səbəbi ilə yeməyi ağızlarına aparmağa çətinlik çəkirdilər. Beləcə, çəngəl yardımından istifadə etməyə başlayıblar. İlk çəngəllərin tutacağı bəzən yarım metrə qədər olub. Bu ölçü zadəgan geyimlərinin  yaxalqılarının böyüklüyündən asılı olaraq dəyişib.

Zəngin süfrələrinə düzülən gümüş, qızıl çəngəllər isə o qədər oymalı, işləməli, sapı daş qaşla bəzədilmiş olurdu ki, onları ayrıca sənət nümunəsi hesab etmək olardı.

Bax beləcə, öncə zadəganların və kralların süfrəsini bəzəyən, var-dövlətin simvolu olan cəngəllər sonralar taxta və dəmirdən hazırlanaraq, kasıbların da evlərinə “ayaq açıb”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5448
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar