Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov bu gün ll Fəxri Xiyabanda dəfn olunub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə,dəfn mərasimində mərhumun ailəsi, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib.
Xalq artisti dünən axşam saatlarında vəfat edib.
***
13:29
Oktyabrın 22-də vəfat edən Xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, vida mərasimində Xalq artistinin yaxınları, mədəniyyət nümayəndələri iştirak ediblər.
Onlar mərhumu alqış sədaları altında son mənzilə yola salıblar.