Kino “dünyaya göz açandan” maraqlı inkişaf yolu keçib. Səssiz filmlərdən üzü bu yana çoxlu janr və üslublarda filmlər çəkilib. Bu janrlardan biri də artıq unudulmaqda olan callo janrıdır.
Lent.az dünya kinosunda özünəməxsus yer tutumuş callo janrı barədə danışır
"Callo" janrı İtaliya kinosunun məhsuludur. Bu janrda çəkilən filmlər qorxu, dəhşət, dedektiv və erotikanın sintezindən ibarətdir.
“Callo” termini əslində bulvar mətbuatı, sarı mətbuat terminlərindən yaranıb. Sadə xalqın həvəslə oxuduğu kriminal, dedektiv hekayələr kinoya da ayaq açdı və kinoda kriminal trillerlər yarandı. Bu hekayələr həm kinoda, həm mətbuatda “giallo”- “callo” termini ilə anıldı.
Alışdığımız qorxu filmlərindən fərqli olaraq “callo” janrında çəkilmiş filmlərdə qandan çox istifadə olunur, işgəncə, ölüm, erotika səhnələrinə həddən artıq yer verilir. Bu janrda çəkilmiş filmlərin adı da hədsiz dərəcədə uzun olurdu. "Callo" filmlərdə qatilin əlinə geydiyi əlcək, qanlı bıçaq, qorxu dolu anları daha da gərginləşdirən həyəcanlı musiqi, dəhşət saçan maskalar mütləq yer alırdı.
Bu qorxu filmlərində operator işi xüsusilə nəzərə çarpır, kamera hadisələri qatilin gözü ilə göstərir.
1980-ci illərdə “callo” janrında filmlərin çəkilməsi azaldı, 1990-cı illərdə isə tamamilə başa çatdı. Onun yerini yeni janrlarda çəkilən qorxu filmləri aldı.