Bu ilin ən romantik sevgi filmi - “Mənim pirat toyum”  haqqında bilinməyənlər
16 fevral 2023 14:16 (UTC +04:00)

Bu ilin ən romantik sevgi filmi - “Mənim pirat toyum” haqqında bilinməyənlər

2023-cü ildə təqdim olunmuş ən yaxşı romantik film “Mənim pirat toyum”un istehsalı yaradıcılarına xeyli problemlər yaşadıb. 

Lent.az-ın məlumatına görə, filmin çəkilişlərinə 2019-cu ildə başlanılsa da, pandemiya səbəbi ilə xeyli təxirə salınmalı olub.

Filmin çəkilişləri Dominikan Respulikasında baş tutub və aktyorlar çəkiliş müddətində, yəni 8 həftə birlikdə yaşamalı olublar. Aktyorların hamısı həmin günləri gözəl xatırlayırlar.

Filmin baş rollarında Cenifer Lopes və Coş Dyuamel oynayıblar. Coş bu filmdən söz düşəndə zarafatla deyir ki, o Ben Afflekin iki arvadı ilə də “yatıb”. Belə ki o filmdə həm Benin birinci arvadı Cenifer Qarner, həm də indiki xanımı Cenifer Lopes ilə yataq səhnələrinə çəkilib.

 Kaprizləri ilə məşhur olar Cenifer Lopes film üçün düz 30 dəfə fərqli gəlinlik donu tikdirib və bəyənməyib.

Nəhayət film üçün öz gəlinlik evinin modellərindən birini seçib.  Film boyu bu gəlinlik modeli düz 28 dəfə cırılıb və eyni gəlinlikdən düz 28 dəfə tikilib. Filmdən sonra ulduzun əynindən çıxmış son gəlinlik  cırılmış və yuyulmuş olsa da çox baha qiymətə satılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar