Rusiya istehsalı olan “Məşuqə” serialı açıq - saçıq səhnələri, intriqaları və maraqlı süjet xətti ilə izləyicilərin marağını cəlb edə bilib. Bu film yasaq almanın nə qədər dadlı və cəlbedici olmasından bəhs edir. Bəs bu “dadda” başqa seriallar da varmı?
Lent.az böyüklər üçün nəzərdə tutulmuş 10 ən maraqlı serial barədə məlumatı təqdim edir.
2014-cü ildə çəkilmiş “Şirin həyat” serialı Moskvanı fəth etməyə gəlmiş bir rəqqasənin və onun tora saldığı gənc yaraşıqlı oğlanın hekayəsi üzərində qurulub.
“Qadınlar niyə öldürür”-Bütün sevgi filmlərində olduğu kimi bu ekran işinin də əsas süjet xətti qısqanclıq, ayrılıq, ehtiras üzərində qurulub.
“Sevgili” serialı 2013-cü ildə ekranlara çıxıb. Filmdə 4 rəfiqənin çılğın sevgi macəralarından bəhs olunur.
“Xoşbəxttlik klinikası” serialı seksoloqun sirli metodla pullu kişiləri özünə cəlb etməsi haqqındadır.
“Xəyanətlər”. Bu film Asya adlı xanımın əri və 3 sevgilisinin başına corab hörməsi barədədir.
“Adi qadın” filmi evdar bir xanımın ailəsinin rifahı naminə fahişəliyə başlamasından bəhs edir.
“Səni məhv edə bilərəm” filmi Arabella adlı gənc və gözəl qızın məşhurlaşmaq üçün pullu kişi “ovuna” çıxması haqqındadır.
“Xoşbəxt həyatın qısa kursu” serialı da xoşbəxtlik arayışında olan rəfiqələrin sevgi macəralarını e4krana daşıyıb.
"Onun gözləri önüdə" filmi sevgi üçbucağı, ehtiras və duyğu selinin sintezi barədədir.