Azərbaycanlı bəstəkar vəfat etdi
23 noyabr 2021 10:45 (UTC +04:00)

Azərbaycanlı bəstəkar vəfat etdi

Tanınmış bəstəkar Asya Sultanova Moskvada vəfat edib.

Lent.az-ın məlumatına görə, 98 yaşlı bəstəkar Rusiya Bəstəkarlar İttifaqının üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi dünən dünyasını dəyişib.

Asya Sultanova Müslim Maqomayev, Robert Rojdestvenski, Tamara Miansarova və Rəşid Behbudov kimi sənətkarlarla əməkdaşlıq edib. O, 1923-cü ildə Bakıda anadan olub və  Azərbaycan Konservatoriyasında təhsil alıb.

 

# 3699
avatar

Sevinc Fərid

Oxşar yazılar