Azərbaycanlı bəstəkar Kanadada vəfat etdi - FOTO
26 sentyabr 2021 21:17 (UTC +04:00)

Azərbaycanlı bəstəkar Kanadada vəfat etdi - FOTO

Əməkdar incənəsət xadimi, bəstəkar Adil Bəbirov vəfat edib.

Bu barədə Lent.az-a Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.

O, bəstəkarın Kanadada, bu gün vəfat etdiyini bildirib: "Bizim onunla uzun illər əlaqəmiz yox idi. Orada qocalar evində yaşayırdı. Elə orada da dünyasını dəyişib. Hər halda elə Kanadada da dəfn olunar. Yeri gəlmişkən bir neçə gün əvvəl yekunlaşan 13-cü Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında onun da əsərləri səsləndirildi".

Qeyd edək ki, A.Bəbirov 1934-cü ildə anadan olub.

Allah rəhmət eləsin.

# 4602
avatar

Oxşar yazılar