“Bizim Hikaye”, “Yasak Elma” və “Üç Kuruş” türk serialları ilə tamaşaçıların rəğbətini qazanmış azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “pişiklərə görə qonşuları ilə dava edib” xəbəri ilə gündəmə gəlib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aktrisanın 15 yaşlı pişiyi öldükdən sonra o kədərlənib və yaşadığı binanın pilləkənlərində 15 pişik bəsləməyə başlayıb. Bu da qonşularının narazılığına səbəb olub.
Bu iddiaları cavablandıran Nəsrin Cavadzadə sosial şəbəkə hesabında bildirib ki, heç kimlə dava etməyib, qonşularının hamısı heyvansevərdir.
“Heç kimlə dava etmədim. Amma köməksiz uşaqları və heyvanları qorumaq məqsədilə bunu edə bilərəm”, - o bildirib.