Sona Əzizova
16 avqust 2021 17:05 (UTC +04:00)

Sona Əzizova

Azərbaycan “Junior Eurovision 2021” müsabiqəsində iştirak edəcək

Dekabrın 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək “Junior Eurovision 2021” mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək.

İctimai Televiziyadan (İTV) Lent.az-a verilən məlumata görə, güclü səsə malik olan təmsilçimiz İTV-də keçirilən “Səs Uşaqlar” mahnı müsabiqəsindən tanınır.

S.Əzizova müsabiqədə ikinci yeri qərarlaşmışdı. Şüarı “Imagine!” (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki “La Seine Musicale” kompleksində keçirilməsi planlaşdırılır. Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10561

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21