ATV kanalında yayımlanmağa başlayan “Atəş quşları” serialını azərbaycanlı tamaşaçılar da maraqla izləməyə başlayıblar.
Lent.az xəbər verir ki,serial uşaqları diləndirən Çatal ləqəbli bir mafiya başçısının əlindən qaçmağı və bir-birlərinə qardaş deyərək həyatda qalmağı bacaran 5 gəncin hekayəsini əks etdirir.
5 uşaq özləri ilə birlikdə 23 illik qorxunc bir sirri gizlədirlər, artıq böyüsələr də, hələ də gizlənir, hər kəsə ehtiyatla yanaşırlar. Çatalın onları tapa bilməməsi üçün ailə həyatı qurmaqdan, kimlərləsə yaxın olmaqdan çəkinirlər. Özlərini "köksüzlər" adlandıran bu zavallı gənclərdən birinin - Gülayşənin gənc və yaraşıqlı bir polisə aşiq olması ilə onların həyat tərzi dəyişir…
Serialda baş rollarda İlayda Alişan, Hande Soral, Burak Tozkoparan və Görkem Sevindik kimi tanınmış aktyorlar rol alıblar.
“Köksüzlər” kök salıb həyatda qala biləcəklərmi? Onları hansı macəralar gözləyir? Növbəti seriyalarda bizi nəfəs kəsən maraqlı anlar gözləyir.