"Atatürk" filmi   tezliklə bu kanalda yayımlanacaq
27 sentyabr 2023 16:20 (UTC +04:00)

"Atatürk" filmi tezliklə bu kanalda yayımlanacaq

“Disney+” platformasının  “Atatürk” serialı film versiyasında həm telekanallarda, həm də kinoteatrlarda yayımlanacaq.

Lent.az-ın xəbərinə görə, oktyabrın 29-da, Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə "Fox TV" ekranlarında “Atatürk” filmi ilk dəfə tamaşaçı qarşısına çıxacaq.

İkinci film dekabrın 22-də kinoteatrlarda nümayiş etdiriləcək. 

2024-cü ildə Fox Tv ekranlarında “Atatürk” serialı bütöv şəkildə yayımlanmağa başlayacaq.

 Mehmet Ağa Öztekinin quruluş verdiyi filmdə baş rolda məşhur kinoaktyor Aras Bulut İynəmli oynayır. Film Mustafa Kamal Atatürkün gənclik illərindən və mübarizəsindən bəhs edir.

Filmdə Songül Öden, Mehmet Günsür, Sarp Akkaya, Berk Cankat - Ali Fuat Cebesoy Esra Bilgiç, Sahra Şaş, Bertan Asllani kimi aktyorlar rol alıblar.

Filmin prodüsseri Saner Ayar media nümayəndələrinə verdiyi açıqlamada bildirib:

“FoxTv-də “Atatürk” serialının xüsusi versiyası yayımlanacaq. Biz iki ayrı film hazırladıq. Bunu filmimizin daha geniş kütlələrə yayıla bilməsi üçün etmişik”.

Qeyd edək ki, avqus ayında rəqəmsal yayım platforması olan “Disney+” bu serialı yayımdan qaldıracağını bildirməklə türk xalqının sərt etirazı ilə qarşılaşmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar