Arxeoloqlar 1000 illik tarixi olan mətbəx aşkarladılar-FOTO
24 avqust 2023 02:06 (UTC +04:00)

Arxeoloqlar 1000 illik tarixi olan mətbəx aşkarladılar-FOTO

Arxeoloqlar Türkiyənin Elazığ bölgəsində yerləşən tarixi Harput qalasında aparılan qazıntılar nəticəsində 1000 illik tarixi olan saray mətbəxi aşkarlayıblar.

Lent.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan qalanın Sarayönü adlanan hissəsində aparılan qazıntılar nəticəsində dövrün qala idarəçiləri və dövlət adamları üçün yemək və çörək bişirildiyi təxmin edilən mətbəx bölməsi, həmin dövrlərdə istifadə edilən mancanaq mərmisi tapılıb.

"Harput qalasının mətbəx hissəsinin təxminən 1000 il yaşı olduğunu təxmin edirik. Burada son Bizansdan Osmanlıya qədər olan dövrə aid qab-qacaq və başqa tapıntılar aşkarladıq. Bu mətbəxin 1860-cı illərə qədər fəaliyyət göstərdiyini təxmin edirik. İndiyədək 8 təndir aşkar etmişik. Tapıntılar arasında xırda və iribuynuzlu heyvan sümükləri də var", - deyə qazıntı işlərinin rəhbəri İsmayıl Aytac bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3348
avatar

Oxşar yazılar