"Space səhər" verilişinin aparıcısı Rövşanə Ağasəfqızı canlı yayımda qonağına xoş olmayan sözlər deyib.
Lent.az-ın xəbərinə görə, proqramda iştirak etməli olan müğənni, Əməkdar artist İlkin Əhmədov tıxac olduğu üçün efir vaxtının bitməsinə az qalmış gəlib. Bu da ev sahibi olaraq proqramın aparıcısını əsəbiləşdirib. O, qonağı efirə buraxmayıb və bildirib.
"Sənə heç vaxt hörmətsizlik etməmişik, illərin aparıcısı burada dayanıb, bir azdan efir bitir. 2 saat İlkin üçün vaxt ayırmışıq, onun 10 dəqiqə qalmış bura gəlməsi lazım deyil.
Respublikanın Əməkdar artistidir, məsuliyyət sıfırdır. Sənə hörmət edib, əziz bilib, dəvət etmişik. Gələ bilmirdinsə, deyərdin zamanım yoxdur. Nə çox müğənni...
Efirə çıxmaq üçün ürəkləri gedir. Bu qədər tıxac olur? Hər kəs səhər 6-dan oyanıb efirə gəlib. Bu, hörmətsizlikdir. Nə haqla efirimizi boş qoyursan? Gələ bilmirdinsə, əvvəlcədən deyərdin”.