Ancelina Coli tədbirə 5 uşağı ilə gəldi:  Qızının geyimi...   - FOTOLENT
20 oktyabr 2021 19:25 (UTC +04:00)

Ancelina Coli tədbirə 5 uşağı ilə gəldi: Qızının geyimi... - FOTOLENT

Ancelina Coli, baş rolunda çəkildiyi “Eternals” fantastik filminin qala gecəsinə 5 övladı ilə birlikdə qatılıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, 46 yaşlı "Oskar" mükafatlı aktrisa Hollivudun “Dolby” Teatrında keçirilən premyerada iştirak edib.

Dünya şöhrətli aktrisa, qırmızı xalı üzərinə övladları 20 yaşlı Maddox, 16 yaşlı Zahara, 15 yaşlı Şiloh və əkizləri 13 yaşlı Vivienne və Knox ilə birlikdə çıxıb. Amma aktrisanın 17 yaşlı oğlu Paxın qalaya gəlməməsi diqqətlərdən yayınmayıb.

Sadə görünüşə üstünlük verən məşhur ulduz, çənəsinə taxdığı aksessuarla diqqət çəkib.

Zaharanın da qala gecəsi üçün anasının qarderobundan bir paltar geydiyi diqqət çəkib.  Ancelina Colinin 2014-cü ildə keçrilən "Oskar" mərasimi üçün seçib geydiyi və ən çox sevdiyi geyimi bu dəfə qızının üzərində olub.

# 9120
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar