Bu günlərdə evlərimizə “Camdakı kız” serialı ilə qonaq olan gözəllər gözəli aktrisa Burcu Biriciyin həyatı tamaşaçıları çox maraqlandırır.
Lent.az “Göz önündə” layihəsində Burcu Biricik barəsində danışır.
Burcu Biricik 1989-cu il mayın 4-də Antalyada doğulub. Əsl- kökü yörük (köçəri türk, tərəkəmə) nəslindən gəlir. Aktrisa hələ uşaq olarkən anası ilə atası ayrılıb və o qardaşı ilə birlikdə ana nənəsinin himayəsində böyüyüb. 16 yaşı olarkən Türkiyədə keçirilmiş Miss Mediterranean gözəllik yarışmasında Akdeniz Kraliçesi adını alı.
Gözəl aktrisanın boyu 170 sm, çəkisi 53 kilodur.
Uşaqkən aktrisa olmağı arzulasa da, nənəsinin istəyi ilə Ege Universitetində Arxeologiya fakültəsini bitirib. Amma eyni zamanda şəhər teatrında kurslara qatılır, tamaşalarda rol alırdı. Bu da onun incəsənətə gəlişində tramplin rolunu oynadı. 2007-ci ildə “Macolar” serialındakı epizodik obrazıyla ilk dəfə ekranlarda görünən gözəl qız rejissorların diqqətini dərhal çəkir və o filmlərin aranan üzünə çevrilir. Bu günə qədər çoxlu sayda film və seriallarda rol almış Burcu Biricik son dəfə rol aldığı “Camdakı kız” serialı ilə şöhrətin zirvəsində yer alır.
O 2016-cı ildə reklamçı Emre Yetkinlə evlənib. Buna qədər cütlük 6 il sevgili olub. Əri özündən 6 yaş böyükdür.
Dediyinə görə, ilk baxışdan aşiq olmasa da ərini dəli kimi sevir. Emre Yetkin Burcunun həm də meneceridir. Toyları Parisdə olub. Uşaqları yoxdur. Cütlük özləri barədə məlumat verməyi sevmir.
Nalan obrazında şüşə kimi saf, şəffaf qadını canlandıran Burcunun elə öz həyatı da tərtəmizdir. O qalmaqallardan uzaq, sakit bir həyat yaşayır. Dediyinə görə, duru gözəlliyini də məhz elə təmiz həyat tərzinə və sevgi dolu ürəyinə borcludur.