Xalq artisti Aftandil İsrafilovun özü kimi qarmon ifaçısı olan qardaşı Ənuşirəvan İsrafilov da xəstəxanaya yerləşdiorilib.
Lent.az-ın xəbərinə görə, bu barədə müğənni Fədayə Laçın məlumat verib:
"Gənc yaşlarımdan mənə həmişə dəstək olan gözəl insan Aftandil İsrafilov. Allah Sizə şəfa versin. Bir möcüzə olsun. Siz də, qardaşınız Ənüşirəvan İsrafilov da tezliklə sağalın, evinizə, ailənizə dönün. Sizi sevirik, dualarımızdasınız".
Qeyd edək ki, qarmon ustası Aftandil İsrafilov ötən ilin noyabr ayından bəri xəstədir. Son dəfə mart ayında reanimasiyaya yerləşdirilən sənətçinin vəziyyəti kritikdir.