Xalq artisti qonşusunu məhkəməyə verdi - SƏBƏB
18 sentyabr 2020 09:32 (UTC +04:00)

Xalq artisti qonşusunu məhkəməyə verdi - SƏBƏB

Xalq artisti Zemfira Nərimanova qonşusunu məhkəməyə verib.

Kulis.azın verdiyi xəbərə görə, aktrisanın yaşadığı tarixi binada binanın konstruksiyasına zərər vura biləcək tikinti işləri aparılır. Binanın əsas divarlarının və kommunikasiya xətlərinin zədələnə biləcəyini görən aktrisa məcbur olub Səbael rayon məhkəməsinə müraciət edib. Məhkəmədə onu vəkil Aynur Abdullayeva təmsil edir.

Bu barədə Z.Nərimanovadan münasibət öyrənməyə çalışdıq. Xəbəri təsdiq edən Xalq artisti hazırda iş məhkəmədə olduğu üçün ətraflı məlumat vermək istəmədiyini bildirdi.

Eyni zamanda, Zemfira xanım bu məhkəmə ilə bağlı yaxın günlərdə mətbuata geniş açıqlama verəcəyini qeyd etdi.

# 3535
avatar

Oxşar yazılar